MEHDİYEV DAHA BİR SABİQ DEPUTATI YANINA APARDI - AMEA-da yüksək vəzifə verdi + FOTOLAR

Akademik Gövhər Baxşəliyeva Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) vitse-prezident vəzifəsini müvəqqəti icra edən təyin edilib. "Report" xəbər verir ki, bu barədə AMEA Rəyasət Heyəti qərar verib.

Eyni zamanda, İctimai Elmlər Bölməsinə rəhbərlik də akademik Gövhər Baxşəliyevaya həvalə olunub.

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) vitse-prezidenti, akademik İsa Həbibbəyliyə də yeni vəzifə verilib. Bu barədə akademiyanın Rəyasət Heyətinin iclasında qərar verilib.

Belə ki, iclasda AMEA-nın Humanitar və İctimai Elmlər bölmələrinin ayrı-ayrılıqda fəaliyyət göstərməsi haqqında qərar qəbul olunub.

Beləliklə, qərara uyğun olaraq Humanitar Elmlər Bölməsinə rəhbərlik akademik İsa Həbibbəyliyə həvalə olunub.

İctimai Elmlər Bölməsinə rəhbərlik isə qeyd etdiyimiz kimi akademik Gövhər Baxşəliyevaya tapşırılıb.

635x100

Şərhlər

Ağamil 2022-01-28 09:45:01

ax qoca mazelli qoca vaxtı qədim tütək çalmaq istəyir

Fərq 2022-01-27 19:48:12

Akademiyanı deyil, bir çox "akademikləri" "bağlamaq" lazımdır.

Azər 2022-01-27 19:29:05

İsanın ictimai elmlərə rəhbərlikdən uzaqlaşdırılması həmin sahədəki elm adamları üçün əsil bayramdır

Qasanaqa 2022-01-27 16:59:13

Bunlar elimdən başqa hər işlə məşqul olurlar. Ümumiyyətlə akademyanı bağlamaq lazımdır,bir iki institut caxlamaq yetərlidi.

Sabiq 2022-01-27 15:36:20

Mehdiyev yalnız sabiqlərlə işləyir. Axı, özü də sabiqdir.

Xeqani 2022-01-27 15:06:02

Elmdən kasad olan vxtımızda nə qədər akademikimiz varmış!

Məsi 2022-01-27 14:48:42

Allah Əzrayıla insaf versin! Yoxsa bu qoca AMEA-nı yerla yeksan edəcək. Bunun qarşısını alan da yoxdur!

alim 2022-01-27 14:31:13

Ramiz Mehdiyev bilmir ki, dövlətin pulunu necə göyə sovursun. İndi də rəyasət heyətində yeni ştat açıb. Bu qoca bilmir nə hoqqalardan çıxsın.

Son yazılar