Qırğızıstan və Tacikistan arasında atışma davam edir - Danışıqlar baş tutmayıb + VİDEO (Yenilənib)

Qırğızıstanla Tacikistan arasındakı sərhəd toqquşması səngimək bilmir. Hər iki tərəfdən zərərçəkənlərin sayı isə artmaqda davam edir.

Son məlumatlara görə, 17 nəfərin yaralandığı bildirilib. Zərərçəkənlər arasında güllə yarası alan Tacikistanın İsfar şəhər merinin köməkçisi də var.

Həmçinin, Tacikistanla yanaşı, Qırğızıstan kəndlərində də dinc sakinlər arasında tələfatın olduğu barədə məlumatlar yayılıb.

Tərəflər arasındakı danışıqlar isə qarşılıqlı ittihamlar və hərbi qarşıdurmanın davam etməsi səbəbindən baş tutmayıb. (TASS)

***

Qırğızıstan və Tacikistan nümayəndələri arasında atəşin dayandırılması ilə bağlı danışıqlar baş tutmayıb. "Report" xəbər verir ki, bu barədə Qırğızıstan Milli Təhlükəsizlik üzrə Dövlət Komitəsinin Sərhəd Xidməti məlumat yayıb.

Məlumata görə, hazırda Koço-Boyu və Dahma bölgələrində tərəflər arasında toqquşmalar davam edir.

"2022-ci il yanvarın 27-də Qırğızıstan və Tacikistanın hərbi qulluqçuları arasında 10 dəqiqə ərzində atəş dayandırılıb. Atəşkəs dövründə Qırğızıstan Prezidentinin Batken vilayətindəki səlahiyyətli nümayəndəsi Abdikarim Alimbayevin Tacikistanın Suqd vilayətinin qubernatoru ilə görüşü olmalı idi. Lakin tacik tərəfi ikitərəfli razılaşmanı yenidən pozaraq Qırğızıstan hərbçilərinin mövqelərini atəşə tutmağa davam edib”, - məlumatda bildirilir.

Tacikistanın Dövlət Milli Təhlükəsizlik Komitəsi öz növbəsində Qırğızıstan sərhədində atışma nəticəsində mülki şəxslər və sərhədçilər arasında itkilər olduğunu bəyan edib: "Qırğızıstan tərəfindən yerli sakinlər, avtomobillər və müxtəlif infrastruktur obyektləri intensiv atəşə tutulub. Tacikistanın mülki şəxsləri və sərhədçiləri arasında itkilər var".

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar