Menu

ABŞ BMT Təhlükəsizlik Şurasının toplantısını çağırıb

28.01.2022, 10:09
ABŞ BMT Təhlükəsizlik Şurasının toplantısını çağırıb

ABŞ Ukraynadakı vəziyyətlə əlaqədar yanvarın 31-də BMT Təhükəsizlik Şurasının toplantısının keçirilməsi ilə bağlı müraciət edib.

“Report” “TRT Haber”ə istinadən xəbər verir ki, bu barədə ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Linda Tomas-Qrinfild bildirib.

Onun sözlərinə görə, ABŞ Rusiyanın Ukraynaya münasibətini və Ukrayna-Belarus sərhədində hərbi qüvvə cəmləşdirməsi məsələsini müzakirə etmək niyyətindədir.

Linda Tomas-Qrinfild bildirib ki, bu fakt BMT Təşhlükəsizlik Şurası tərəfindən tamamilə araşdırılmalı və nəzərdən keçirilməlidir: "Rusiyanın Ukraynaya təcavüz edəcəyi halda beynəlxalq öhdəlik və prinsiplər, eləcə də Ukrayna, Rusiya və Avropa ilə bağlı mənzərə müzakirə edilməlidir".

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol