Menu

ABŞ Ukraynada hərbi əməliyyatlarda iştirak etməyəcək - Pentaqon

28.01.2022, 23:52
ABŞ Ukraynada hərbi əməliyyatlarda iştirak etməyəcək - Pentaqon

“Amerikalı hərbçilər Ukraynadakı hər hansısa hərbi əməliyyatlarda iştirak etməyəcək”.

“Report” xəbər verir ki, bunu ABŞ-ın müdafiə naziri Lloyd Ostin söyləyib.

“Prezident Cozef Bayden hərbi bölmələri Ukraynada əməliyyatlar aparmaq məqsədilə göndərmək niyyətində olmadığını aydın şəkildə bildirib”, - nazir vurğulayıb.

Bundan başqa, ABŞ Silahlı Qüvvələrinin Rəislər Qərargahı Komitəsinin sədri general Mark Millinin sözlərinə görə, hazırda Ukraynada ABŞ və NATO-nun bir neçə müşaviri və təlimçisi var.

Şərhlər

Oxucu. 2022-01-29 10:11:00

Onu hamı bilir,bir sözlə ilanı Seydəhməd əliylə tutmaqdır.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol