"Üzərinizə böyük məsuliyyət düşür..." - Deputat YAP-ın yeni təşkilat sədrlərinə müraciət etdi

Yeni Azərbaycan Partiyasının qurucu özvlərindən biri, Nəzarət-təftiş komissiyasının üzvü, Milli Məclisin komitə sədri Sadiq Qurbanov yanvarın 28-də YAP-ın rayon və şəhər təşkilatlarının sədri vəzifəsinə təyin olunanlara müraciət edib. Müraciəti təqdim edirik:

Hörmətli dostlar!

Dəyərli YAP üzvləri!

Yanvarın 28-də Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin videokonfrans formatında növbəti iclası keçirilib və yerli təşkilatların sədrlərinin vəzifəyə təyin edilməsi məsələsinə baxılıb.

Hörmətli yeni seçilmiş təşkilat sədrləri!

Sizi yeni təyinatınız münasibətilə səmimi-qəlbdən təbrik edirəm! Ulu Öndərimizdən bizə yadigar qalmış, hamımız üçün doğma olan partiyamızın rayon və şəhər təşkilatlarına sədr təyin olunmaq böyük məsuliyyət və etimaddır. Əminəm ki, bu etimadı və öhdəliyi layiqincə doğruldacaqsınız. Sizə bundan sonrakı siyasi fəaliyyətinizdə bol nailiyyətlər qazanmağı arzu edirəm.

Xalqımızın ən ağır zamanında, dövlətçilik tariximizin xilaskarı və müasir Azərbaycanın qurucusu, Ümummilli Lider Heydər Əliyev tərəfindən qurulan Yeni Azərbayan Partiyası tarixin ən keşməkeşli səhifələrindən zəfər və şərəflə keçərək bugünlərə gəlib çıxıb.

Sədrimiz, müzəffər Ali Baş Komandan, cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan xalqı birlik və həmrəylik göstərərək öz ərazi bütövlüyünü, tarixi ədaləti bərpa etdi. Qazandığımız bu Şanlı Qələbəmiz qürur mənbəyimizdir. Bəli, məhz bu vəhdətin fonunda Azərbaycan Ordusu rəşadət, qəhrəmanlıq, peşəkarlıq göstərdi, mənfur düşmənə sarsıdıcı zərbələr vurub öz tarixi torpaqlarını işğalçılardan azad etdi. Biz qudrətli sərkərdəsi, uzaqgörən lideri olan xalq olaraq, bu tarixi missiyanı yerinə yetirdik. Bu gün bizim Qələbəmiz dünyanın aparıcı ölkələrinin siyasi arenalarında, aparıcı ali məktəblərində öyrənilir. Bu günə qədər qazanılmış uğurlarda Yeni Azərbaycan Partiyasının üzvlərinin böyük payı var. Lakin biz əldə edilmiş uğurlarla kifayətlənməməliyik. Yeni hədəflərə can atmalıyıq. Biz dünya siyasət arenasında xüsusı nüfuza malik bir şəxsiyyətin siyasi davamçıları olduğumuzu heç vaxt unutmamalıyıq. Şanlı Qələbəmizdən sonra dövlət və xalq olaraq qarşımızda yeni mərhələ açılmışdır. Bu kontekstdə partiyamızın VII Qurultayından sonra müasir zamanın tələblərinə uyğun olaraq qarşımızda yeni reallıqlara uyğun yeni tələblər qoyulmuş və bununla da partiyanın həyatında yeni mərhələ başlanmışdır. Elə bu proseslərin tərkib hissəsi olaraq, Yeni Azərbaycan Partiyasının yeni Nizamnaməsi qəbul edilmiş və bu yeni qəbul olunmuş Nizamnaməyə əsasən partiyanın yeni strukturu müəyyən edilmişdir. Onu da qeyd edim ki, YAP sədrinin I müavini institutunun yaradılması da yeni strukturun tərkib hissəsi olmaqla yanaşı, bu vəzifəyə hörmətli Mehriban xanım Əliyevanın təyin olunması bu yenilənmə proseslərində özünün müsbət töhfəsini göstərməkdədir.

Hörmətli siyasi həmfikirlər!

Təbii ki, Cənab Prezidentin qarşımızda qoyduğu yeni hədəflərə doğru təxirəsalınmaz və ardıcıl tədbirlərin atılması uğurla davam ediləcəkdir. Bu baxımdan da partiyamızın yeni seçilmiş rayon rəhbərlərinin və hər birimizin üzərinə tarixi məsuliyyət düşür.

Yeni təyinatla bağlı bütün həmkarlarımı bir daha təbrik edir, uğurlar arzu edirəm! Bu tarixi yolu şərəflə davam etdirmək üçün daima ləyaqət və sədaqətlə yorulmadan çalışmalı, eyni zamanda Ümummilli Lider Heydər Əliyevin siyasi kursuna daima sadiq qalmalıyıq. Unutmamalıyıq ki, bu yol uğur yoludur, nicat yoludur, zəfər yoludur.

635x100

Şərhlər

Şəkili 2022-01-29 14:39:07

Rayonlarda Partiya sədrləri dəyişdirilir, ancaq üzvülərinin xəbəri olmayır ? Qurban müəllim, sədrləri partiya üzvüləri seçməlidir, təyin olunmalı deyil ? Partiya sadrləri dövlətini, xaqlını qəlbən sevən aktif insanlar olmalıdır ?

t.ədalət 2022-01-29 12:59:34

YAP-çı məmurların üzərinə düşən böyük məsuliyyət övladlarını müharibəyə göndərmək idi.Lakin məsulyyətdən yayındılar.Vətənin müdafiəsindən övladlarını uzaqlaşdıranlarla böyük işlər görülə bilməz..

Son yazılar