Ötən il əhalinin hər 100 min nəfərinə düşən cinayətlərin sayı 307 olub

Ötən il Azərbaycanda əhalinin hər 100 min nəfərinə düşən cinayətlərin sayı 307 fakt olub.

Bu barədə "Report"un sorğusuna cavab olaraq Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən bildirilib.

Qeyd edilib ki, 2021-ci ildə cinayətlərin 84%-ni (24 655-ni) böyük ictimai təhlükə törətməyən və az ağır növlər təşkil edib.

Xatırladaq ki, ötən il əməliyyat-axtarış və istintaq fəaliyyətinin subyekti olan dövlət qurumları üzrə 31 131 cinayət qeydə alınıb.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar