Gənclər və idman naziri Fərid Qayıbov akademik avarçəkmə, kayak və kanoe üzrə Gənclər Kuboku ilə əlaqədar Mingəçevirə səfər edib.
"Report"un məlumatına görə, yarış zamanı gənclərlə görüşən nazir 2 - Fevral Gənclər gününün 25 illik yubileyi münasibətilə onlara təbriklərini çatdırıb.
Daha sonra o, müavini Mariana Vasileva, Azərbaycan Milli Avarçəkmə Federasiyasının prezidenti Vüqar Əhmədov və federasiya rəsmiləri ilə birlikdə gənclərlə rəqs edib.


Şərhlər
Nə ediriksə sonu gəlib toya çıxır. Toy olsundan savayı heç nə düşünüb ortaya qoya bilmirik.
Fərid Qayıbovun yeri səhv düşüb.. Onu İdman naziri yox Dövlət Rəqs Ansamblına və ya Fotoqrafiya məktəbinə rəhbər qoymaq lazımmış. Hərfi ölür də oynamaq üçün. Zatən nazir olandan da elə əndrabadi rəqsləri və anlaşılmaz təyinatları ilə yadda qalıb. Oyna gülüm oyna, sənin hələ oynayan vaxtındır...