Menu

“Baydenin korrupsiya əməlləri araşdırılacaq və ifşa olunacaq” - Tramp

30.01.2022, 19:15
“Baydenin korrupsiya əməlləri araşdırılacaq və ifşa olunacaq” - Tramp

ABŞ-ın keçmiş prezidenti Donald Tramp xələfi Co Baydeni ona qarşı korrupsiya təhqiqatına başlayacağı ilə hədələyib.

APA bildirir ki, Tramp bunu Texasda keçirilən mitinqdə çıxış edərkən söyləyib.

O hesab edir ki, Konqres Respublikaçıların nəzarətinə qayıdan kimi, təhqiqat başlayacaq.

Tramp ümid etdiyini bildirib ki, onun Respublikaçılar Partiyasından olan həmkarları bu il noyabrın 8-də keçiriləcək aralıq seçkilərdə Nümayəndələr Palatasında və Senatda səs çoxluğu əldə edəcəklər:

“Əmin olun ki, Respublikaçılar Konqresdəki mövqeyini qazandıqdan sonra, Baydenin korrupsiya əməlləri araşdırılacaq və ifşa olunacaq. Baydenlərin Çindən götürdüyü milyonlarla dollar izah edir ki, Çin Kommunist Partiyası niyə bizə və dünyanın qalan hissəsinə yayılan virusa görə məsuliyyətə cəlb edilmədi”.

Qeyd edək ki, Ağ Evin hazırkı rəhbəri oğlu Hunterin çoxsaylı xarici biznes layihələrində iştirakı ilə bağlı iddiaları rədd edir.

Şərhlər

Eli 2022-01-30 20:07:11

Prezident olmaq azdır gerek bir az da realist olasan.Dünyanı heç kim istediyi kimi deyişdirib idare ede bilmez,buna İlahi bir qüvve qadirdir ki o da Kainatın yaradıcısıdır.İndi milliardlarla varidatı olan adam ömrünün son çağlarında siyasetden el çekmir.Yeni heyat Eşqini artıran diger vasiteleri elden verir.Her kes özünü hamıdan ağıllı hesab etdiyindendir çıx güman.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol