Menu

AzTV Rəsulzadə ilə bağlı filmi niyə yayımlamayıb? - AÇIQLAMA

31.01.2022, 13:55
AzTV Rəsulzadə ilə bağlı filmi niyə yayımlamayıb? - AÇIQLAMA

“Caspian Media Holding”in yaradıcısı, “Yüz İlin Sirləri” layihəsinin müəllifi Hüseyn Cavadzadənin Cümhuriyyətin qurucularından Məhəmməd Əmin Rəsulzadə ilə bağlı hazırladığı sənədli filmin efirə getməyəcəyini açıqlamasından və bunun mətbuatda gündəmə gəlməsindən sonra AzTV də bu barədə açıqlama yayıb. 

Açıqlamada deyilir:

“Bu gün AzTV hansısa verilişi efirə verməməkdə ittiham olunur.

Əvvəla, həmkarlarımızdan soruşmaq istərdik ki, söhbət hansı verilişdən gedir? Yaxud nəzərdə tutduqları verilişin adını çəksinlər, biz də maraqlanaq ki, həmin verilişin anonsu AzTV-nin efirində yayımlanıbmı? Efirdə deyilibmi, yaxud proqramda yazılıbmı ki, bu veriliş efirə gedəcək? Əgər yazılmayıb və deyilməyibsə, hansısa verilişin TV-də yayımlanmaması ilə bağlı ittiham irəli sürmək hansı əsasa və ya məntiqə sığır?

İkincisi, TV-də onlarla verilişlər hazırlanır, bəzən hətta anonsu verilsə də, efirə daha çox texniki səbəblərdən təqdim olunmur. Bu xəbərdirmi? Və ya bundan xəbər düzəltmək nə dərəcədə məntiqli və peşəkar yanaşmadır?

Mövzuya gəlincə, AzTV-də Azərbaycan Xalq Cümhuriyyətinin qurucuları barədə yüzlərlə material yayımlanıb və bu gün də efirə verilir. M.Ə.Rəsulzadənin nəvəsinin ilk olaraq məhz AzTV-də efirə çıxması və maraqlı açıqlamalar verməsini diqqətli tamaşaçılar, yəqin ki, unutmayıblar.

Odur ki, bu mövzuda hər hansı kampaniyaya start verilməsinin özü, düşünürük ki, ayıbdır”.

Şərhlər

Türk Turan 2022-01-31 18:40:12

Məhəmməd Əmin Rəsulzadə barədə verlişi aztv tənqid olunmamış efirə verməli idi. Tənqid olunandan sonra özünü müdafiə etmək isə ayından daha pis-saxtakarlıq, nankorluq və ikili standartlardan çıxış etməkdir.

Azərbaycanlı 2022-01-31 14:34:45

AZ.TV rəhbərliyi bununla bu millətə düşmən olduğunu göstərdi. Bu millətdən olan kəs belə şeylər etməməlidir. Kim edirsə deməli canı-qanı bu millətdən deyil. Keçmişinə hörmət etrməyənin özünü gələcğkdə bihörmət edəcəklər.

Eli 2022-01-31 14:31:31

Bu ölkede gülmeli ve ağlamalı işker çoxdur.Bu gün bu dövletin yaradılmasında ve movcud olmasında danılmaz Tarixi xidmetleri olan bir Millet fedaisinin,1 esr iki iş bundan qabaq ölkeni terk etmiş bir İnsanın yada salınması niye müzakşre mövzusu olmalıdır.Bu qeder seviyyesizlik,cılızlıq kime lazımdır.İnsan gerek en azından vıcdanı qarşısında hesabat vermelidir.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol