Birləşmiş Ştatlar Şimali Koreyaya ilkin şərt irəli sürmədən, onun nüvə və raket proqramı məsələləri ilə balğı birbaşa dialoqa başlamaq barədə çağırışla müraciət edib.
Bu barədə jurnalistlərə anonimlik şərti ilə Amerika administrasiyasının yüksək məqamlı nümayəndəsi xəbər verib.
«Biz, hesab edirik ki, ciddi diskusiyaya başlamaq tam yerindədir və tamamilə düzgündür» - KİV məmurdan sitat gətirir.
Təklif KXDR tərəfindən bazar günü, yanvarın 30-da uzaq məsafəli ballistik raket atışından sonra irəli sürülüb. Bu atış 2022-ci ildə KXDR-nın sayca yeddinci raketi olub. Pxenyan atışı təsdiqləyib və qeyd edib ki, sınağın gedişində dəqiqlik, təhlükəsizlik və silah sisteminin («Hwasong 12») işinin effektliliyi təsdiq olunub.
AzPolitika.info


Şərhlər