Menu

Ərdoğanın Ukraynaya səfərinin tarixi açıqlanıb

01.02.2022, 14:10
Ərdoğanın Ukraynaya səfərinin tarixi açıqlanıb

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan fevralın 3-də Ukraynaya səfər edəcək.

“Report” “TRT Haber”ə istinadən xəbər verir ki, bu barədə Türkiyə-Ukrayna İş Şurasının sədri Ruşen Çetin məlumat verib.

Səfər çərçivəsində Türkiyə və Ukrayna liderləri arasında görüş keçiriləcək. Görüşdə iki ölkə arasında ticarət dövriyyəsinin artırılması ilə bağlı razılıqların da əldə olunacağı gözlənilir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol