Prokuror xüsusi amansızlıqla qətl törətməkdə təqsirləndirilən Elmar Hüseynovun 20 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.
"Report" xəbər verir ki, dövlət ittihamçısı bunu Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosesdə elan edib.
Proses fevralın 15-də davam etdiriləcək.
Qeyd edək ki, hadisə 2020-ci ilin sentyabrında paytaxtın Nərimanov rayonu, İbrahimpaşa Dadaşov küçəsi, ev 57A ünvanında qeydə alınıb.
Onun barəsində Cinayət Məcəlləsinin 120.2.4-cü ((xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) maddəsi ilə ittiham irəli sürülüb.
Qeyd edək ki, qətlə yetirilən T.Tağıyev Xətai rayonunun sabiq prokuroru Yusif İldırımzadənin qaynıdır.
Qətlə yetirilən T.Tağıyev uzun müddət daxili işlər orqanlarında çalışıb. O, paytaxtın Nərimanov və Binəqədi Rayon Polis İdarələrində müxtəlif vəzifələrdə, o cümlədən paytaxtın iki polis bölməsində rəis olub.
Polis polkovniki T.Tağıyev bir neçə il öncə daxili işlər orqanlarında xidmət keçmənin son yaş həddi ilə əlaqədar olaraq təqaüdə göndərilmişdi.


Şərhlər
İLDIRIMZADƏNİN, ÜMUMİYYƏTLƏ QAYINI YOXDUR.
məlumat yalandır,
hətta dogru olsaydı belə mərhumun şəklin çap edərdiz
boş yerə aidiyyatı olmayan birinim şəklin niyə yayınlayırsız?
abır həya qalmayıb adın jurnalist qoyanlarda.
yalan məlumat vermək bunlar üçün adi bir peşədir
ayıbdır sadəcə, nə deyəsən.
Cənab müxbir( əgər müxbir demək olarsa) məlumatı tam dəqiqləşdirib sonra çap etmək lazımdır.