Menu

Bakıda quyudan meyiti tapılan 4 yaşlı qızın öldürüldüyü məlum olub - RƏSMİ

01.02.2022, 17:57
Bakıda quyudan meyiti tapılan 4 yaşlı qızın öldürüldüyü məlum olub - RƏSMİ

Bakıda quyudan meyiti tapılan 4 yaşlı qızın öldürüldüyü məlum olub.

Bu barədə Baş Prokurorluqdan məlumat verilib.

Bildirilib ki, faktla bağlı Xəzər Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü (Qəsdən sağlamlığa ağır zərər vurma; zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.

Zərərçəkmişin qonşusu, 1990-cı il təvəllüdlü Mehman Mansurov şübəhli şəxs qismində saxlanılıb.

İstintaq davam etdirilir.

Şərhlər

t.ədalət 2022-02-01 21:57:04

Körpə uşağa qıyanların bir cəzası var,o da ölüm hökmüdür.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol