Ukrayna ABŞ-ın təhlükəsizlikdən daha çox Rusiyanı cilovlamaq, Moskvanı silahlı münaqişəyə cəlb edərək məqsədlərinə çatmaq üçün bir alətdir.
APA-nın Moskva müxbirinin məlumatına görə, bunu Rusiya Prezidenti Vladimir Putin Macarıstanın Baş naziri Viktor Orbanla danışıqlarının yekunlarına dair birgə mətbuat konfransında bildirib.
"Bizə deyirlər ki, bəli, hər bir ölkənin öz təhlükəsizlik sistemini seçmək hüququ var. Biz bununla razıyıq. Amma mənə elə gəlir ki, həmin ABŞ Ukraynanın təhlükəsizliyinə o qədər də əhəmiyyət vermir - baxmayaraq ki, bəlkə də, onlar bu barədə düşünür, amma hardasa bəzən ikinci planda. Onların əsas vəzifəsi Rusiyanın inkişafını cilovlamaqdır. Məsələ budur. Bu mənada Ukraynanın özü bu məqsədə çatmaq üçün sadəcə bir alətdir. Bu, müxtəlif yollarla edilə bilər. Bizi hansısa silahlı münaqişəyə çəkməklə... Avropadakı müttəfiqlərini bizə qarşı ABŞ-da danışılan çox sərt sanksiyaları tətbiq etməyə məcbur etməklə...Ya da Ukraynanı NATO-ya daxil edib, orada zərbə silah sistemləri qurub hansısa benderçiləri Donbas və ya Krım məsələsini silah gücü ilə həll etməyə ilhamlandırmaqla... Bu halda yenə də bizi silahlı münaqişəyə sürükləyirlər", deyə Rusiya Prezidenti vurğulayıb.


Şərhlər
Ədalət haqqı yarımçıq olmur? Krem bəyan edə bilər ki, SSRİdən ayrılmış respublikaları (BMTdə qeyd edilmiş) bütöv əraziləri üzrə müstəqil DÖVLƏTlər kimi tanıyır və heç birinə heç bir iddiası yoxdur? Bu ilk öncə MDB və KTMTnin könüllü genişlənməsinə apara bilərdi?
Putinin işğal etmək planı daşa toxunanda ,guya,onu silahlı münaqişəyə çəkirlər deyir.Qarabağda,Gürcüstanda,Ukraynada,Qazaxıstanda,Suriyada,saysız-hesabsız regionlarda tökdüyü qanları,öldürdüyü körpələri,görəsən,kimin ayağına yazmaq istəyir?
Putin müellim artıq hesabını aparıb ve “Haqq” yola qayıdıb,daha doğrusu reallığı derk etmeye başkayıb yeni”ağıllanmağa doğru gedir”.Bele bele işler demeli hamı güce tabedir,bizim dilnen desek, kötek Cennetden çıxıb.