Menu

Ukrayna XİN başçısı Donbasa xüsusi status verilməyəcəyini açıqlayıb

02.02.2022, 15:35
Ukrayna XİN başçısı Donbasa xüsusi status verilməyəcəyini açıqlayıb

Ukrayna hakimiyyəti Donbasa xüsusi status və mərkəzi hakimiyyətin qərarlarına veto qoymaq hüquqi verməyəcək.

APA-nın xəbərinə görə, bu barədə Ukrayna xarici işlər naziri Dmitri Kuleba Polşanın “Reç Pospolita” qəzetinə müsahibəsi zamanı deyib.

“Ukraynanın heç bir regionu dövlət qərarlarına veto qoymaq hüququna malik deyil. Odur ki, Rusiyanın Donbas üçün təsəvvür etdiyi xüsusi status və veto hüququ verilməyəcək” , - deyə Kuleba əlavə edib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol