Menu

"Putinin ölkələrin NATO-ya daxil olmasına veto hüququ yoxdur" - Pentaqon

03.02.2022, 00:18
"Putinin ölkələrin NATO-ya daxil olmasına veto hüququ yoxdur" - Pentaqon

Rusiyanın hüququ yoxdur ki, hansı ölkələrin NATO-ya daxil olmasını, hansının isə olmamasını həll etsin.

Bu barədə Pentaqonun mətbuat katibi Con Kirbi jurnalistlər üçün brifinqdə bəyan edib.

«Röyter»in translyasiyasından göründüyü kimi, Kirbi qeyd edib ki, bu, cənab Putinin veto hüququnun olduğu məsələ deyil. Onun sözlərinə görə, NATO-ya üzvlük qərarı istənilən halda yalnız məsələnin aid olduğu suveren dövlətlər və alyans tərəfindən qəbul olunur.

Ukraynanın və ya istənilən digər dövlətin NATO-ya daxil olmasına Rusiyanın təsir göstərə bilməməsi barədə qərb ölkələri və alyans rəhbərliyi bəfələrlə bəyanat veriblər. ABŞ da dəfələrlə qeyd edib ki, onlar və hərbi blok üzrə müttəfiqləri NATO-ya daxil olmaq istəyənlər üçün qapıları bağlamayacaqlar.

AzPolitika.info

Şərhlər

Veteran 2022-02-03 00:57:28

Piter patsanı sənin və Rusiyanın sonudur.Hazırlaş.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol