Slovakiya hakimiyyətindən ABŞ-la hərbi əməkdaşlıq barədə sazişin imzalanmasından imtina edilməsi tələbi ilə bağlı mitinq keçirilib. Tədbir fevralın 2-də Slovakiya Milli Şurası (parlament) binasının qarşısında, Bratislavanın mərkəzində baş tutub. Bu barədə TASR informasiya agentliyi xəbər verib.
TASR-in məlumatına görə, etiraz aksiyasında bir neçə yüz aktivist iştirak edib. Onlar Bratislavanın Vaşinqtonla hərbi əməkdaşlığının genişləndirilməsinə qarşı şüarlar səsləndiriblər.
Çıxış edən natiqlər ABŞ-la müqavilə bağlanandan sonra resublikanın suverenliyinə təhlükə yaranacağını bəyan ediblər. Slovakiya hökumətinin və prezident Zuzana Çaputovanın ünvanına tənqidlər səslənib.
Onlar çərşənbə axşamı milli ərazilərdə digər dövlətlərin - NATO üzvlərinin hərbi bölmələrinin yerləşdirilməsini dəstəkləyiblər.
Bundan əvvəl, çərşənbə günü Rusiynı dəstəkləyən və ABŞ-la hərbi əməkdaşlığa qarşı mitinq Bratislavada prezdent sarayının qarşısında baş tutub. Aktivistlər həm də Slovakiya küçələrində avtomobil yürüşü həyata keçiriblər.
Hərbi saziş Slovakya və ABŞ arasında fevralın 3-də Vaşinqtonda imzalanmalıdır. Müdafiə naziri Yaroslav Nad və XİN başçısı İvan Korçokun da iştirak etdiyi nümayəndə heyəti oraya yola düşüb. Prezident sənədi imzalamağı Nada həvalə edib.
“AzPolitika.info”


Şərhlər
rusiya sizi gözləyir. Gedin KTMT-yə ərizə yazın!