Menu

Narkotikin təsiri altında avtomobil idarə edən sürücü saxlanılıb

04.02.2022, 11:46
Narkotikin təsiri altında avtomobil idarə edən sürücü saxlanılıb

Tərtər Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən keçirilən tədbirlər zamanı rayon sakini S.Əliyevin idarə etdiyi “VAZ-2109” markalı avtomobil nəzarət qaydasına uyğun olaraq saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, yoxlamalar zamanı sürücünün hərəkətləri şübhə doğurduğundan tibbi müayinədən keçirilib.

Müayinənin nəticəsinə əsasən onun narkotik vasitə olan heroin qəbul etdiyi məlum olub.

S.Əliyev barəsində toplanmış materiallar baxılması üçün aidiyyəti üzrə rayon məhkəməsinə göndərilib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol