Menu

"İstəyirik ki, Azərbaycandan Avropaya satılan təbii qazın həcmi 10 mlrd kubmetrə çatdırılsın" - Kadri Simson

04.02.2022, 18:03
"İstəyirik ki, Azərbaycandan Avropaya satılan təbii qazın həcmi 10 mlrd kubmetrə çatdırılsın" - Kadri Simson

"Biz istəyirik ki, Azərbaycandan Avropaya satılan təbii qazın həcmi 10 milyard kubmetrə çatdırılsın. Bunun üçün təhlükəsiz təchizatın təmin edilməsinə nail olmalıyıq".

“Report”un məlumatına görə, bunu Avropa Komissiyasının enerji məsələləri üzrə komissarı Kadri Simson bu gün Bakıda keçirilmiş CQD Məşvərət Şurası çərçivəsində nazirlərin VIII toplantısından sonra təşkil edilmiş mətbuat konfrasında bildirib.

Onun sözlərinə görə, həmçinin, hazırda bazarın gözləntilərini öyrənirik: “Bu tətqiqatların nəticəsi olaraq biz Cənub Qaz Dəhlizinin genişlənirməsini həyata keçirə bilərik”.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol