Menu

"Cənub Qaz Dəhlizi Aİ üçün mühümdür" - Oliver Varhelyi

04.02.2022, 18:51
"Cənub Qaz Dəhlizi Aİ üçün mühümdür" - Oliver Varhelyi

"Cənub Qaz Dəhlizi Avropa İttifaqı üçün mühüm əhəmiyyət kəsb edir".

“Report” xəbər verir ki, bunu Avropa İttifaqının (Aİ) enerji komisarı Oliver Varhelyi Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla görüşündən sonra keçirilən mətbuat konfransında bildirib.

Komissar qeyd edib ki, Avropa İttifaqı Azərbaycanla əməkdaşlıq eməkdə maraqlıdır:

“Biz nəinki Aİ ölkələri, eləcə də Balkan ölkələri üçün qaz tədarükü arzusundayıq”, - Aİ rəsmisi Azərbaycanı Avropanın etibarlı tərəfdaşı və enerji daşıyıcıları təchizatçısı olaraq dəyərləndirib.

Şərhlər

Mühəndis B. 2022-02-04 20:08:47

Çəngəli-qaşığı satış qiymətindən on dəfələrlə bahalı enerji? Bu suala tərəflərin cavabları çox maraqlıdır.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol