Menu

Zelenski Ərdoğan və həyat yoldaşına türk dilində şəfa arzuladı

05.02.2022, 19:45
Zelenski  Ərdoğan və həyat yoldaşına  türk dilində şəfa arzuladı

Ukrayna Prezidenti Vladimir Zelenski "Omikron"a yoluxan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və həyat yoldaşına şəfa arzulayıb.

Bu barədə Ukrayna lideri “Twitter” hesabında türk dilində yazıb.

“Türkiyə Prezidenti cənab Rəcəb Tayyib Ərdoğanın və həyat yoldaşı hörmətli Əminə Ərdoğanın COVID-19 testinin müsbət çıxdığını həyat yoldaşım Yelena ilə məyusluqla öyrəndik. Dostlarımız Tayyib bəy və Əminə xanıma keçmiş olsun diləklərimizi çatdırır, şəfa arzulayırıq”, - deyə V.Zelesnki yazıb.

Şərhlər

GƏNCƏ 2022-02-06 00:32:32

Allah Sizə möhkəm can sağlığı versin əzizimiz ,DAHİ insan.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol