Baxışlarında min bir arzu, min bir dilək var. Amma susqun baxışlarından nə qədər acı çəkdiyini anlamaq çətin deyil. Nə yaşıdları kimi məktəb oxuyub, nə də tələbəlik həyatı yaşamaq nəsib olub.
Söhbət Şabran rayonunun Baş Əmirxanlı kənd sakini, anadangəlmə eşitmə və nitq məhdudiyyətli 20 yaşlı Könül Teymurxanovadan gedir.
Anası Çiçək xanım bildirir ki, iki oğul və bir qız övladı var. Oğlanlar sağlam olsa da, 2002-ci il təvəllüdlü Könül məhdudiyyətlidir.
Çiçək xanım qızının pensiya ala bilməməsindən şikayətçidir. O bildirir ki, bu günə qədər sadəcə 2007-ci ildə Könülə pensiya təyin olunub, o da 6 ay olub.
Çiçək Teymurxanovanın sözlərinə görə, övladının pensiya alması üçün dəfələrlə müraciət etsə də, gələn cavablarda sənədlərin düzgün doldurulmadığı qeyd olunub.
Çarəsiz ana deyir ki, qızının vəziyyəti günbəgün çətinləşir. O isə maddi imkansızlıq səbəbindən övladına yardım etməkdə aciz qalıb.
Daha ətraflı Baku TV-nin süjetində:


Şərhlər
ƏYALƏT XƏSTƏXANALARI BİLƏRƏKDƏN SƏNƏDLƏRDƏ YANLIŞLIĞA YOL VERİR. TƏKRAR EDİRƏM BU BİLƏRƏKDƏN EDİLİR. HÖRMƏTLİ HƏMVƏTƏNLƏR BELƏ HALLA QARŞILAŞDIQDA DƏRHAL KOMİSSİYA SƏDRİNİ MƏHKƏMƏYƏ VERİN. DƏYMİŞ MADDİ VƏ MƏNƏVİ ZİYAN ÜÇÜN KOMPENSASİYA TƏLƏB EDİN. ÇÜNKİ SƏNƏDLƏRİN DƏQİQLƏŞDİRİLMƏSİ VƏ ELEKTRON BAZADA DÜZGÜN YERLƏŞDİRİLMƏSİNƏ CAVABDEH OLAN KONKRET ŞƏXS ODUR. PROSEDUR NƏ QƏDƏR ÜZÜCÜ VƏ BEZDİRİCİ OLSA DA YORULMADAN ƏN SONUNCU İNSTANSİYAYA QƏDƏR DAVAM EDİN. ƏLİLLİK TƏSDİQLƏNDİKDƏN SONRA “SOBEZ”-də 2-ci PROBLEMLƏ QARŞILAŞACAQSINI. ONLAR SİZİ TƏHLİL EDƏCƏK. ƏGƏR SADƏLÖHV VƏ MÜLAYİM ADAM OLDUĞUNUZU HİSS ETSƏLƏR MÜTLƏQ VƏSAİTİNİZİN BİR QİSMİNİ KƏSƏCƏKLƏR. BU DƏFƏ DƏ ONLARLA UĞRAŞASI OLACAQSINIZ. BİR QƏPİYİNİZDƏN KEÇMƏYİN.