Menu

Bakıda restoranda yanğın baş verib

06.02.2022, 10:58
Bakıda restoranda yanğın baş verib

Bakıda restoranda yanğın olub. Bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) xəbər verir.

Səbail rayonunda ümumi sahəsi 600 m² (hər mərtəbəsi 300 m²) olan ikimərtəbəli restoranın birinci mərtəbəsində tavan 15 m² sahədə və bitişik ümumi sahəsi 15 m² olan dəmir konstruksiyadan ibarət otağın içərisində 2 ədəd kondisioner yanıb. Restoranın qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol