KAXETİDƏKİ UCAR QALASI...

İlhami Cəfərsoy

Gürcülərin Kaxeti adlandırdırdıqları mahalın sakinlərindən biri Ucar türkləri idi. Onların qalası xristian salnaməçilərin əsərlərində Ucar, Uçar, Ucarma formalarında yazıya alınmışdır. Ucarlar Kür, Qax, Çolak nəsilləri ilə birlikdə İveriyanın baqrationla qədərki mədəniyyətini yaratmışlar.

Bu tarixi gerçəkliyi indiki gürcülər dansalar da, XIX əsrdə yaşamış bir çox tarixçilər təsdiq edirlər. Yazırlar ki, Tiflislə Bərdə arasında Kür çayı boyunca kəndlərin, Qara yazı çölünün qədim sakinləri albanlar və türklər olmuşdur (Иоселиани Платон. Род князей Чолакаевых. Тифлис, 1866; Хантадзе Ш.А. Академик Мари Броссе и Европейское грузиноведение. Тбилиси, 1970; Хаханов А.С. Очерки по истории грузинской словесности. Москва, 1895).

Kaxetidəki Ucar qalasında xristianlıqdan qabaq Ucarma adlı məbəd var idi. Xristianlıq dövründə həmin məbədi söküb yerinə kilsə tikdilər. Ucarma Ucar nəslinin ziyarətgahı deməkdir. Ucarma qalası 262-265-ci illərdə Bakurun nəvəsi Asparuxun, 456-464-cü illərdə İveriyanın Kimer əsilli hökmdarı Vaxtanq Qorq Aslanın iqamətgahı olmuşdur (Анчабадзе З.В. Из истории средневековой Абхазии. Сухуми, 1959; Шопен И.И. Новые данные о Кавказе и его древних обитателей. Санкт-Петербург, 1866).

Bakur, Asparux, Qorq Aslan İveriyanı baqrationlarlardan əvvəl idarə edən türk hakimləridir. Bakur qaraçay və balkar dillərində qırmızı misə deyilir. Asparux börüdən, yəni qurddan böyük yırtıcı bir heyvanın adıdır.

Ucar isə Nuhun gəmisinin 4 adından biridir. Bizim babalarımız Nuhun yelkənli gəmisinə uçar, yəni uçar deyirdilər. Quşlar qanadları ilə göydə uçan kimi Nuhun gəmisi yelkənləri ilə sularda uçurdu.

Biz Qafqazda yaratdığımız xristian mədəniyyətinə yiyə durmalıyıq. Nə qədər ki, yiyə durmamışıq, ermənilər Dədəvəng kilsəsinə, gürcülər David Qaraca mağara-monastırlarına sahiblik iddialarından əl çəkməyəcəklər.  

635x100

Şərhlər

korrektor 2022-02-08 19:03:44

İlhami müəllimə bu gözəl araşdırmalarına görə təşəkkür edirik!

Son yazılar