Menu

Gəncədə 10 yaşlı uşaq naməlum səbəbdən ölüb

09.02.2022, 10:28
Gəncədə 10 yaşlı uşaq naməlum səbəbdən ölüb

Gəncədə azyaşlı naməlum səbəbdən ölüb.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə şəhərin Yeni Qəsəbə adlan ərazisində qeydə alınıb.

2012-ci il təvəllüdlü Ə.Əlizadə təcili tibbi yardım avtomobili ilə xəstəxanaya çatdırılıb. Həkimlərin müayinəsi zamanı onun öldüyü məlum olub.

Hadisə yerinə hüquq mühafizə orqanların əməkdaşları cəlb olunub.

Azyaşlının meyiti Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Gəncə şəhər şöbəsinə aparılıb.

O, müayinə olunduqdan sonra ailəsinə təhvil veriləcək.

Faktla bağlı araşdırma aparılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol