Azərbaycan Boks Federasiyasında (ABF) hesabat-seçki konfransı keçirilib.
"Report"un məlumatına görə, tədbir Gənclər və İdman Naziriliyinin inzibati binasında baş tutub.
Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev federasiyanın prezidenti seçilib. O, fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərovu əvəzləyib.
K.Heydərov 2021-ci il dekabrın 30-da Azərbaycan Taekvondo Federasiyasının prezidenti vəzifəsinə yenidən seçildiyi üçün ikinci federasiyadakı postundan istefa verməli olub.
Qeyd edək ki, ABF-yə 2009-cu il yanvarın 23-dən Kəmaləddin Heydərov, daha əvvəl isə Ağacan Abiyev rəhbərlik edib.
***
Azərbaycan Boks Federasiyasının (ABF) prezidenti vəzifəsinə namizəd şəxs müəyyənləşib.
"Report"un məlumatına görə, bu, əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayevdir.
S.Babayevin bu gün Gənclər və İdman Nazirliyinin inzibati binasında keçiriləcək ABF-in hesabat-seçki konfransında yeni vəzifəyə seçiləcəyi gözlənilir. O, fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərovu əvəzləyəcək.
Qeyd edək ki, K.Heydərov ABF-yə 2009-cu il yanvarın 23-dən rəhbərlik edir.



Şərhlər
Sahil Babayevin nənəsi ermənidir axı .......?
Ay da! Bu necə də gözlənilməz "at gedişi" oldu. İndi rinqin bir tərəfində cavan boksçularla "silahlanmış" ƏƏSM nazirliyinin işçiləri rinqin o biri küncündə isə yaşlı, əldən düşmüş, əl ayagı olmayan, kor, kar, xəstə, ölüvay pensiyaçılar.... Çəki dərəcəsindən asılı olmayaraq "ədalətli "döyüşlər olacaq
BU HOQQABAZLIĞIN ADI NƏDİR? bNLAR NƏ TAKVANDO NƏ DƏ BOKSŞU OLUBLAR.FEDERASYALARIPEŞƏKAR İDMANDA ÇALIŞANŞƏXSLƏR TƏMSİL ETMƏLİDİRLƏR.Ö
Azdır. Hələ boks azdır. Pensiyaçıları məhv etmək yolunda tək boksla kifayətlənmək azdır.Karateni, bu bəs eləməsə pensiyaçılara dəlik deşik açmaq üçün qılıncoynatmanı da, o da bəs etməsə küllə atıcılığı federasiyalarının da S.Babsyevə vermək lazımdır. ....
Əla!!!!!!! S.Babayevin pensiyaçıları okonçatelnı sındırmaq üçün çatışmayan bir məsələsi qalmışdı onu da yetirdi pərvərdigar. İnanın belə S.Babayev lazım olanda pensiyaçılara məsələni rinqdə həll həll etmək ixtiyarına qanuni sahibləndi. İndi hansı pensiyaçının duxu var oyan- buyan eləsin
Əla!!!!!!! S.Babayevin pensiyaçıları okonçatelnı sındırmaq üçün çatışmayan bir məsələsi qalmışdı onu da yetirdi pərvərdigar. İnanın belə S.Babayev lazım olanda pensiyaçılara məsələni rinqdə həll həll etmək ixtiyarına qanuni sahibləndi. İndi hansı pensiyaçının duzu var oyan- buyan rləsin