Menu

Fransa, Almaniya və Polşa Rusiyaya müraciətlə çıxış edib

09.02.2022, 17:12
Fransa, Almaniya və Polşa Rusiyaya müraciətlə çıxış edib

Fransa, Almaniya və Polşa - Veymar üçbücağı ölkələri - bəyanatla çıxış ediblər. Bəyanatda Rusiya Avropa qitəsində təhlükəsizliyin təmin olunması məqsədi ilə dialoqa başlamağa çağrılır.

Berlindəki danışıqların nəticələrinə əsaslanan birgə sənəddə Fransa Prezidenti Emmanuel Makron, AFR kansleri Olaf Şolts və Polşa Prezidenti Anjey Duda Rusiyanı Ukraynada gərginliyin azaldılmasına tövhə verməyə və Avropa qitəsində təhlükəsizlik barədə dolğun dialoqa başlamağa çağrıblar.

Onlar qeyd edilər ki, qarşılıqlı məna kəsb edən təhlükəsizlik məsələsində konstruktiv danışıqlara başlamağa və oriyentasiyalı nəticə əldə etməyə hazırdırlar.

Tərəflər növbəti dəfə bəyan edilər ki, Ukraynanın suverenliyini və ərazi bütvlüyünü dəstəkləyirlər və situasiyanın gərgnləşməsi halında, bunun Rusiya üçün ağır nəticələrə səbəb olacağını bildirirlər.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol