Menu

Dövlət Məşğulluq Agentliyi ev heyvanları alır

10.02.2022, 09:19
Dövlət Məşğulluq Agentliyi ev heyvanları alır

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Məşğulluq Agentliyi özünüməşğulluq proqramı çərçivəsində inək, qoyun, keçi və arı ailəsi alınması ilə bağlı açıq tender elan edib.

“Report” xəbər verir ki, tenderdə iştirak haqqı 3 800 manatdır.

İddiaçılar ilkin sənədləri martın 17-si, saat 15:00-a qədər, tender təklifi və onun dəyərinin 1%-i qədər bank təminatını isə aprelin 1-i, saat 15:00-a qədər Bakı şəhər, Xətai rayonu, Mehdi Mehdizadə küçəsi, 27-29 ünvanındakı ofisə təqdim edə bilərlər.

Təkliflərə aprelin 4-də, saat 15:00-da nazirliyin Bakı şəhəri, Yasamal rayonu, Salatın Əsgərova küçəsi, 85 ünvanında yerləşən inzibati binasında baxılacaq.

Şərhlər

Göhər 2022-02-10 11:44:06

Hər iş bitib bir saqqal darağı qalıb.Ay "kişilər" işsizlik,aclıqsəfalət ölkəni bürüyüb.Hara baxırsını?

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol