Menu

"Türkiyə Rusiya-Ukrayna gərginliyinə ən çox təsir imkanı olan dövlətdir" - Vitse-prezident

11.02.2022, 13:44
"Türkiyə Rusiya-Ukrayna gərginliyinə ən çox təsir imkanı olan dövlətdir" - Vitse-prezident

“Türkiyə Rusiya-Ukrayna gərginliyinə ən çox təsir imkanı olan dövlətdir”.

“Report” xəbər verir ki, bunu Türkiyənin vitse-prezidenti Fuat Oktay jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, Rusiya-Ukrayna gərginliyi bütün dünyanın gündəmindədir: "Bu həm də Şərqlə Qərbin mübarizəsidir. Ümid edirik ki, gərginlik azalacaq. Ukraynanın NATO-ya üzv olmaq istəməsi Rusiyanı narahat edir və bu, Donbas böhranına da təsir edir. Biz Türkiyə olaraq, öhdəliyimizi yerinə yetirməyə çalışırıq. Türkiyənin diplomatik uğuru Rusiya-Ukrayna böhranında da özünü göstərir. Qismət olsa, yaxın vaxtlarda Rusiya Prezidenti Vladimir Putinlə də görüş olacaq. Bundan sonra sular durula bilər”.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol