Bakıda 3 məktəbli qıza seksual hərəkətlər edən taksi sürücüsü saxlanılıb.
Bu barədə "Report"a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.
Xəzər RPİ-nin 1-ci Polis Şöbəsi əməkdaşlarının daxil olmuş müraciət əsasında apardıqları araşdırmalarla “KİA” markalı avtomobili ilə taksi fəaliyyəti ilə məşğul olan Şağan qəsəbə sakini E.Camalovun 2021-ci ilin fevral ayından cari il fevral ayının 11-dək olan müddətdə avtomobilində sərnişin kimi apardığı həmyerliləri olan 3 məktəbli qıza qarşı seksual xarakterli hərəkətlər etməsinə əsaslı şübhələr müəyyən edilmişdir.
E.Camalov polis əməkdaşları tərəfindən saxlanılmışdır.
Faktla əlaqədar Cinayət Məcəlləsinin 150-ci maddəsi ilə (Seksual xarakterli zorakılıq hərəkətləri) cinayət işi başlanılmışdır. Zəruri istintaq-əməliyyat tədbirləri aparılır.


Şərhlər
Bu adamlara butulka dürtmək lazımdır ki,əməllərindən əl çəksinlər.
Mən şağanlıyam amma bu xeberi eşidmənişen