Menu

Bakı-Şamaxı-Yevlax yolunda ölümlə nəticələnən qəza olub

13.02.2022, 00:12
Bakı-Şamaxı-Yevlax yolunda ölümlə nəticələnən qəza olub

Ağdaş rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın yerli bürosunun xəbərinə görə hadisə bu gün Bakı-Şamaxı-Yevlax yolunun Ağdaş rayonunun Zeynəddin kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

İki minik avtomobilinin toqquşması nəticəsində 4 nəfər ağır xəsarət alıb.

Xocalı sakinləri olan Salahov Nazim Hüseyn oğlu, Muradov Kərəm Mürşüd oğlu, Muradova Əsli Qurban qızı Ağdaş Rayon Təcili Tibbi Yardım Stansiyasının avtomobili ilə Göyçay Rayon Mərkəzi Xəstəxanasına gətirilib.Yaralılardan Salahov Nazim Hüseyn oğlu xəstəxanada dünyasını dəyişib.

Muradov Teymur Mürşüd oğlu isə Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasına aparılıb.

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsi tərəfindən araşdırma aparılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol