Menu

Rumıniyada NATO-nun daimi döyüş qrupu yaradılacaq

13.02.2022, 16:12
Rumıniyada NATO-nun daimi döyüş qrupu yaradılacaq

Fransanın komandanlığı altında NATO-nun ilk daimi döyüş qrupu Rumıniyada yerləşəcək. "Report" xəbər verir ki, bunu NATO Baş katibinin müavini Mirça Coana "Digi 24" telekanalına müsahibəsində bildirib.

Coana xatırladıb ki, 2014-cü ildən sonra NATO üç Baltikyanı ölkədə və Polşada dörd belə döyüş qrupu yaratmağa qərar verib.

“NATO Qara dəniz zonasında ilk dəfə olaraq döyüş qrupu yaradır”, - NATO Baş katibinin müavini qeyd edib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol