Menu

Qazaxıstanda yenə mitinq keçirildi - VİDEO

13.02.2022, 18:39
Qazaxıstanda yenə mitinq keçirildi - VİDEO

Almatının Respublika meydanında yanvar hadisələri qurbanlarının xatirəsinə həsr olunmuş razılaşdırılmamış mitinq keçirilib. Tədbir təxminən üç saat davam edib və insidentsiz başa çatıb.

Mitinq iştirakçıları çıxışlarında yanvar hadisələrinin şəffaf araşdırılmasına çağırıb, məhbuslara işgəncələrə son qoyulmasını, günahsız vətəndaşların istintaq təcridxanalarından azad edilməsini tələb ediblər.

Mitinq hakimiyyətlə razılaşdırılmasa da, polis hadisəyə müdaxilə etməyib.

Qeyd edək ki, yanvarın əvvəlində Qazaxıstanda kütləvi etiraz aksiyaları nəticəsində 4578 nəfər xəsarət alıb, 19-u təhlükəsizlik xidmətinin əməkdaşı olmaqla, 225 nəfər həlak olub.


Şərhlər

Seyid ƏNHU 2022-02-13 22:03:35

Havalar qızanda qazaxları evə yığmaq mümkün olmayacaq.tokayevin görəcəkli günləri qabaqdadır.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol