Fövqəladə Hallar Nazirliyi (FHN) Qəbələ rayonunun Vəndam qəsəbəsində baş vermis yanğınla bağlı məlumat yayıb.
“Report” nazirliyə istinadla xəbər verir ki, hadisə zamanı ümumi sahəsi 1 000 m² olan bir dam altında tikilən müxtəlif təyinatlı obyektlərdən (aptek, mağaza və.s) ibarət tikilinin yanar konstruksiyaları 400 m² sahədə yanıb.
Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri tərəfindən həyata keçirilən operativ və təxirəsalınmaz tədbirlər nəticəsində yanğının geniş əraziyə yayılmasının qarşısı alınıb. Tikilinin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın söndürülüb.
***
Qəbələnin Vəndam kəndində, bazar ərazisində güclü yanğın başlayıb.
"Report"un Şimal-qərb bürosunun məlumatına görə, yanğın 11 mağazanı bürüyüb.
Hadisə yerinə Qəbələ Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin texnikaları və şəxsi heyəti cəlb olunub. Yanğının qarşısının alınması istiqamətində işlər görülür.


Şərhlər
Yanğının səbəbləri araşdırılmalı, günahkar şəxslər tərəfindən qanuni tədbirlər görülməlidir... Yanğın Şəki-Bazar ASC -də baş vermiş, ancaq heç kim məsuliyyətə cəlb olunmadı ? 100-yaxın sahibkarın malı yanmış, külli miqdarda sahibkarlara ziyan dəymişdir...? Bazarı özəllədirirlər, idarə etmək üçün savadsız, məsuliyyətsiz bir adamı rəhbər təyin edirlər, onlarda şəxsi maraqlarını hər eydən üstün tuturlar, vergidən yayınırlar, səhmdarları dividentdən məhrum edirlər, aidiyyatı qurumlar tərəfindən göz yumurlar ?