Menu

Volodimir Zelenski xalqa müraciət edib

14.02.2022, 22:38
Volodimir Zelenski xalqa müraciət edib

Ukrayna Prezidenti Volodimir Zelenski ölkəni tərk edən və ya getməyi planlaşdıran bütün dövlət qulluqçularına müraciət edərək, onları 24 saat ərzində geri qayıtmağa çağırıb, çünki xalq onlara “ölkəni idarə etməyi və onu qorumağı” əmanət edib.

Bu barədə “Report” xarici mətbuata istinadən xəbər verir.

"Mən ölkəni tərk etmiş və ya yaxın gələcəkdə bunu etməyi planlaşdıran bütün dövlət nümayəndələrinə, dövlət qulluqçularına, bütün səviyyələrdə olan xalq deputatlarına müraciət edirəm: Ukrayna xalqı sizə təkcə dövləti idarə etməyi deyil, həm də onu qorumağı etibar edib, belə bir vəziyyətdə "bizimlə, Ukrayna xalqı ilə birlikdə olmaq sizin birbaşa borcunuzdur. İndi sizi 24 saat ərzində Vətənə qayıtmağa və Ukrayna ordusu ilə, diplomatiyamızla, xalqımızla birlikdə çiyin-çiyinə dayanmağa dəvət edirəm”, - Zelenski teleqram kanalında yayımladığı videomüraciətdə bildirib.

Şərhlər

Türk Turan 2022-02-14 23:46:33

Dualarımız Ukrayna üçündür. Allah qələbə qazanmağı, rusun başını əzməyi nəsib və müyəssər etsin. Amin!

Seyid Ənhu 2022-02-14 23:38:16

Belə vəziyyətdə milləti düşmənlə üzbəüz, prezidenti isə meydanda tək qoymaq olarmı, ay nanəciblər.

Veteran 2022-02-14 23:08:36

Gedənlər pusların ayaqaltılarıdırlar.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol