Menu

“ABŞ istənilən ssenariyə hazırdır” - Ağ Ev

15.02.2022, 23:20
“ABŞ istənilən ssenariyə hazırdır” - Ağ Ev

ABŞ Prezidenti Co Bayden Ukrayna ətrafındakı vəziyyətlə bağlı çıxış edəcək.

“Report” xəbər verir ki, çıxış yerli vaxtla 15:30-a ( Bakı vaxtı - 00:30) planlaşdırılır.

“Prezident qısa şərhlər, Rusiya və Ukrayna ilə bağlı aktual məlumatlar verəcək. Bu, ABŞ-ın yüksək səviyyəli diplomatiyaya açıq qaldığını və müttəfiqlərimizlə sıx koordinasiyada olduğunu bir daha təsdiq edəcək”, - Ağ Evin məlumatında deyilir.

“ABŞ diplomatiyanın və gərginliyin azaldılmasının irəliyə doğru ən yaxşı yol olduğuna inanır, lakin istənilən ssenariyə hazırdır”, - Ağ Ev əlavə edib.

Şərhlər

Eli 2022-02-16 00:21:54

ABŞ prezidenti Baydenşn ne vecine At özgenin yeher özgenin.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol