Bu ilin yanvar ayında Azərbaycan əhalisinin nominal gəlirləri 4 675,9 milyon manat təşkil edib.
"Report" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 15,5 % çoxdur.
Son 1 ildə ölkədə adambaşına düşən nominal gəlir isə 15,1% artaraq 466 manata yüksəlib.


Şərhlər
xalqın pensiyalarını kəsirsiz, hələ utanmaz-utanmaz deyirsiniz ki, adambaşına düşən gəlir 15,1 % artıb? Utanmasan oynamağa nə var ki? O 200 manatlıq əsginazlar hələ mənim əlimə dəyməyib. Utanmırsınız yalan danışırsınız?
Ay " ağıllı statistiklər ,bəs 2022-ci ilin yanvarına ölkədə 30-40 faiz ( ərzaq,xidmətlərin) bahalaşma zəminində bu artımın mahiyyəti varmı? Niyə birtərəfli müqayisə ilə özünüzü ağıllı sayırsınız? Yaxşı olardı deyəydiniz ki, əhalinin rifah halı 20-30 faiz aşağı düşüb.Bu daha real olardı.