Ukraynanın 2005-2010 ci illərdə prezidenti olmuş Viktor Yuşşenko Rusiyanın Gürcüstana qarşı hərbi təcavüzü ilə bağlı xatirələrini bölüşüb.
Eks-prezident xatırladır ki, 2008 ci ilin 8 avqust tarixində Putin Gürcüstana qoşun yeritdi və Abxaziya, Cənubi Osetiya işğal edildi: "Rus tankları Tiflisin 11 kilometrliyinə kimi gəlmişdilər. O vaxt Polşa prezidenti mərhum Lex Kaçinskiyə zəng edərək bu situasiyada Gürcüstana dəstək olmaq üçün nələrin edə biləcəyimizi müzakirə etdik. Kaçinski mənə dedi ki, Tiflisə getmək, mitinqlərdə iştirak və gürcü xalqına dəstək olmaq lazımdır. Bizə sonradan Baltikyanı ölkələrin rəhbərləri də qoşuldu. Beş ölkənin rəhbəri Tiflisə gedəsi olduq".
Yuşşenko qeyd edir ki, bu zaman Rusiyanın Qara dəniz üzərindən Gürcüstana hava dəhlizini bağladıqlarını öyrəniblər: "Alternativ yollar aramağa başladıq və tapdıq. Biz təyyarə ilə Azərbaycana getdik və oradan da avtomobillə rayon və kəndləri keçərək, çox çətinliklə də olsa Gürcüstana çatdıq. Rusiya əleyhinə olan Tiflisin mərkəzi meydanında 100 minlərlə insanın iştirak etdiyi mitinqlərdə iştirak etdik. Beş prezident meydanda yüz minlərlə insanı gördükdə, böyük qürur hissi keçirdik. Tribunaya qalxaraq, bütün dünyaya bəyan etdik ki, biz burada Gürcüstan xalqının yanındayıq və onun demokrat prezidenti Saakaşviliyə dəstəyimizi ifadə edirik".
"AzPolitika.info"


Şərhlər