“Təcili hal zamanı limitli tibbi xidmətin limiti bitsə belə əməliyyat icbari tibbi sığorta çərçivəsində icra olunur”.
APA xəbər verir ki, bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Tibbi ekspertiza şöbəsinin müdiri Nərgiz Ağayeva "Dövlət və özəl tibb müəssisələrində icbari tibbi sığortadan istifadə qaydaları" mövzusunda çıxışında deyib.
O bildirib ki, bu xidmət dövlət xəstəxanasında olmayanda özəl tibb müəssisəsinə yönləndirilir.
“Hazırda endoprotez və koxlear implantasiya əməliyyatları üzrə xidmətlər limitlidir. Yeni xidmətlər zərfində bu limit artırılacaq”, – şöbə müdiri bildirib.


Şərhlər
Bunu Azərbaycan türkcəsinə çevirib yazın millət anlasın.Bu Nərgizdi kimdi bir onu çağırın soruşun görək o nə demək istəyib? Hər vasitə ilə çalışırlar heç kim anlamasın və xidmətdən istifadə etməsin. ALLAH ÖZÜNÜZƏ QİSMƏT ETSİN. HEÇ XALQIN LİMİTİNİZDƏN İSTİFADƏ ETNƏSİNƏ EHTİYACI QALMASIN!