Menu

TƏBİB-in strukturunda dəyişiklik aparılıb - Aparat rəhbəri vəzifəsi ləğv edilib

17.02.2022, 13:06
TƏBİB-in strukturunda dəyişiklik aparılıb - Aparat rəhbəri vəzifəsi ləğv edilib

"Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi" publik hüquqi şəxsin (TƏBİB) strukturunda dəyişiklik aparılıb.

“Report” xəbər verir ki, bununla bağlı İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev əmr imzalayıb.

Əmrə əsasən, Aparat rəhbəri ştatı ləğv edilib.

Qeyd edək ki, TƏBİB-in Aparat rəhbəri vəzifəsində Gündüz Əbdülov çalışırdı.

Şərhlər

Eldəniz 2022-02-17 13:24:33

Ümumiyyətlə bu Təbib özü də ləğv olunmalıdır , amorf qurum kimi fəaliyyət göstərir..

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol