"MEHDİYEV BİR LƏNƏT OLUB KEÇİB AZƏRBAYCANIN BOĞAZINA" - “Azərbaycanda siyasi və mənəvi terrorun “xaç atası” odur”

Cümşüd Nuriyev: “Mehdiyev Azərbaycan mediasını, mədəniyyətini, elmini, siyasətini məhv edib”

"Milli Məclis, dövlət orqanları onun adamlarından təmizlənməlidir, böyük biznes strukturları əlindən alınmalıdır"

Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyev AMEA prezidenti vəzifəsindən də istefa verməsinə baxmayaraq, dövləti və hakimiyyəti şantaj edən məqaləsi, açıqlamaları gündəmin əsas mövzusu olaraq qalır. Mehdiyev və şəbəkəsi mövqelərinin itirilməsi ilə barışmaq istəmir, gücünü qorumaq üçün əlindən gələni edir.

“AzPolitika.info” bu mövzunu politoloq Cümşüd Nuriyevlə müzakirə edib:

- Cümşüd bəy, Ramiz Mehdiyev istefa verdiyini və bundan sonra evində oturub kitablar yazmaqla məşğul olacağını bildirib. Lakin çoxları Mehdiyevin ənənəvi fəaliyyətini davam etdirəcəyini, intriqalardan əl çəkməyəcəyini ehtimal edir...

- Mən Mehdiyev hələ vəzifədə olarkən fikirlərimi demişəm. Hazırda görünən odur ki, bu şəxs vəzifədən getmək istəmir. Əvvəl elan edir ki, istefa verəcək, sonra deyir ki, ölkə Prezidentinə müraciət edəcək və bundan sonra istefası reallaşacaq. Deyir ki, Prezidentə müraciət edəcək və o, hansı qərar verəcəksə, ona uyğun addım atacaq. Özünə o qədər yüksək qiymət verir ki, nəticədə bunun daxili eqosu aşıb-daşır.

Azərbaycan cəmiyyəti bütövlükdə bu adamın üzərinə getdi. İnsan bu səviyyəyə düşürsə, özünü tam xərcləyib bitirmiş sayılır. Bilirsinizmi, Mehdiyev bir lənət olub keçib Azərbaycanın boğazına. Adam sovet vaxtı ideologiyaçı idi, hamıdan yaxşı dolanırdı. O, ərəb və fars dillərini bilmədən Nadir Şahdan əsər yazıb. Belə çıxırdı ki, bu adam “dahi”dir, orta hesabla gün ərzində yüzlərlə səhifə yazı yazırmış. Mehdiyev AMEA-da ağlına nə gəldisə, onu da etdi.

O, Azərbaycan mediasını, mədəniyyətini, elmini, siyasətini məhv edib. Əxlaqımıza elə eybəcər məqamları calaq edib ki, illərlə bundan qurtula bilməyəcəyik.

Yaltaqlıq, intriqabazlıq, qeybət, ara qarışdırmaq, dövlət əleyhinə gizli təxribat aparmaq - bütün bunlar onun Azərbaycana gətirdiyi “dəyərlər”dir.

- Nəhayət, Ramiz Mehdiyev epoxası başa çatırmı?

- Əlbəttə, sözdə başa çatıb, amma hüquqi baxımdan hələlik lazımi sonluq yoxdur. Hər halda onun vəzifədən göndərilməsi Prezidentin səlahiyyətindədir. Amma onun vurduğu yaraları, ziyanları təmizləmək vacibdir. Bunun üçün bir sıra addımlar atılmalıdır.

Birincisi, Milli Məclis də onun adamlarından təmizlənməlidir. Danışanların arasında bəlkə də onun adamları da var idi, özü tapşırıq vermişdi ki, siz də söyün, amma mən nə desəm gələcəkdə onu edəcəksiniz.

Həmçinin, Nazirlər Kabineti onun yerləşdirdiyi adamlardan təmizlənməlidir. Prezident Administrasiyasında da bir neçə şöbə müdri onun istəyi ilə təyin olunub.

Ramiz Mehdiyev Təhlükəsizlik Şurasının üzvüdür. Bu necə ola bilər? O Təhlükəsizlik Şurasının üzvlüyündən çıxarılmalıdır. Heç olmasa, 15-16 rayonda icra başçıları ona yaxın adamlardır. Bu adamlar da getməlidir.

Həmçinin, Respublika Prokurorluğu, Dövlət Gömrük Komitəsi, Ədliyyə Nazirliyi, Miqrasiya Xidməti, Fövqəladə Hallar Nazirliyi Mehdiyevin adamlarından təmizlənməlidir.

Üstəlik, Mehdiyevin böyük biznes strukturları var: BTB Bankı, Mehdiabadda şərab zavodu və s. Bütün biznesi əlindən alınmalıdır! Bu mənada hesab edirəm ki, Mehdiyev epoxası hələ başa çatmayıb, sadəcə bunun üçün qapı açılıb...

- İddia edirsiniz ki, Mehdiyevin hələ də müəyyən bir şəbəkəsi var və fəaliyyətini davam etdirir?

- Bəli, böyük şəbəkəsi var. Milli Məclisdə adam var ki, 30 ildir deputatdır. Sovet vaxtından seçilənlər var ki, indi də parlamentdədirlər. Bunların hamısı Ramiz Mehdiyevin adamlarıdır. Bu dövlətə kömək etmək istəyənləri də onlar ləkələyir, qaralayırlar.

Mehdiyevin vicdanına ən azı bir neçə alimin ölümü yazılmalıdır. Nə mənada? Çünki bu adamlar mənəvi terrora məruz qalıblar. İstiqlalçı millət vəkillərindən Mürşüd Məmmədlinin, Məryəm Həsənovanın, Ədalət Rəhimlinin, Şadman Hüseynin ölümündə bunun mənəvi məsuliyyəti var. Mən hələ başqalarını demirəm. Mehdiyev və Əli Həsənovun yaratdığı “maşın” əsl vətənpərvərləri dişdən-daraqdan keçirdi. Azərbaycan ziyalıları niyə yaman gündədir? Çünki əksəriyyətini mənəvi baxımdan məhv ediblər...

- Ramiz Mehdiyevin şəbəkəsi?...

- Bəli. Onun elmimizə, dövlətimizə, xalqımıza nələr etdiyi, hansı ziyanlar vurduğunu danışmağa başlasaq bir neçə saat, bəlkə də günlər lazım olacaq. Bir daha qeyd edirəm ki, bu adam AMEA-dan dərhal getməli, Təhlükəsizlik Şurasının üzvlüyündən çıxarılmalı və ona qarşı cinayət işi açılmalıdır. Mehdiyev uzun müddət Azərbaycanı terrora məruz qoyub. Heç ermənilər bizə bu qədər terror etməyib. Azərbaycanda siyasi və mənəvi terrorun “xaç atası” Ramiz Mehdiyevdir. Buna baxmayaraq, Mehdiyev özünü mələk kimi göstərmək istəyir.

- Ramiz Mehdiyev bütün bunları necə həyata keçirə bilib, nəyə arxayın olub?

- Aydındır ki, onun arxasında Rusiya durur. Rusiya kəşfiyyat idarəsi. Mehdiyevi, Nəcməddin Sadıkovu Rusiya qoruyur. Onların Moskvadan dəstəklənməsi realdır. Bu adamın Rusiyadan başqa hansısa digər ölkələrə səfər etməsi haqda məlumat varmı? Məsələn, o zaman Heydər Əliyev Fondunun təşəbbüsü ilə Qarabağ həqiqətlərini dünyaya çatdırmaq və “Xocalıya Ədalət” məsələsini gündəmə gətirmək üçün AMEA-nın İnsan Hüquqları İnstitutunda Rövşən Mustafayevin rəhbərliyi ilə alim heyəti yaradıldı. Biz Moskvaya gedib Diplomatiya Akademiyasında görüşlər keçirir, arxivləri açırdıq. Bu işə maliyyə də buraxılırdı. Nə qədər ki, Mehdiyevin bu işlərdən xəbəri yox idi, hər şey əla gedirdi. İlə 3-4 kitab işıq üzü görürdü.Sonra Rövşən Mustafayev öldü, bu işləri görənlər oradan uzaqlaşdırıldı. İnstitutu Aytən Mustafayevaya verdilər. Adam fars dili müəlliməsidir, özü də deputat olduqdan sonra hüquq elmləri doktoru oldu. Mehdiyev bu xanımın əli ilə həmin institutda Azərbaycan dövləti və milləti üçün iş görmək istəyənləri qovdu. Nə qədər şikayət edildisə, Aytən xanımın əl-qolunu bir o qədər çox açdı. İndi həmin institutun bir qəpiklik fəaliyyəti yoxdur, adı da müsbət işlərdə çəkilmir. Bu da Mehdiyevin fəaliyyətinin nəticəsidir. Halbuki, instituta kifayət qədər türkçülüyü, dövlətini sevən alimlər toplaşmışdı. Mehdiyev Rusiyanın tapşırığı ilə oranı məhv etdi. Mən də həmin institutun aspirantı olmuşam.

Ramiz Mehdiyev 2 ildən çoxdur ki, Prezident Administrasiyasından gedib. Amma orada adamları qalıb. Yerləşdirdiyi adamların bir çoxu hələ də vəzifədədirlər və xislət baxımından Mehdiyevə oxşayırlar. Bir müddət Prezident Administrasiyasının “qara mələyi” Fatma Abdullazadə ilə birləşdirlər və Azərbaycan mədəniyyətini, elmini, əxlaqını kor qoydular. Yaxşı ki, Heydər Əliyev Fondu var idi. Mehriban xanım bir çox şeyləri xilas edə bildi, Mehdiyev də mane ola bilmədi. İndi də özünə bağışlamır ki, Mehriban xanım Azərbaycan mədəniyyətini qorudu, amma buna mane ola bilmədi.

Nə qədər ki, onun ölkənin müxtəlif qurumlarına yerləşdirdiyi adamlar var, bizim dövlət üçün problemlər yarana bilər. Mehdiyevin Prezident Administrasiyasından getməsindən bir il ötməmiş Azərbaycan Qarabağı azad etdi. Belə bir adamı Təhlükəsizlik Şurasında saxlamaq doğru deyil, hətta təhlükəlidir.

Rasim Əliyev

“AzPolitika.info”

635x100

Şərhlər

smira Orucova 2022-02-21 15:03:16

Bəli, mən Roma ilə tam razıyam. İnstitutda insan haqlarından əsər-əlamət belə yoxdur. Mütləq adı tez bir zamanda dəyişdirilməlidir. Aytən Mustafazadə fəxrlə ağsaqqalı adlandırdığı Ramiz Mehdiyev tərəfindən baş direktor təyin ediləndən sonra “ona mane olanlar” hesab etdiyi öz hüququnu bilən, cəsarətli əməkdaşları sonuncusuna kimi şər-böhtanla işdən çıxartdı. İnstitutda korrupsiya, saxtakarlıq, riyakarlıq, yalan, şər, böhtan, yaltaqlıq baş alıb gedir. Əlbəttə, belə şəraitdə insan haqlarının tədqiqi ilə məşğul olmaq qeyri-mümkündür.

Roma 2022-02-21 06:24:30

Hüquq və İnsan Haqları İnstitutunun adı dəyişdirilərək, Hüquq və İnsan Haqlarının Pozulması İnstitutu adlandırılmalıdır. Belə ki, bu adı hazırda oranın direktoru vəzifəsini tutan Aytən Mustafazadə, öz ambisiyalı əməlləriylə qazandırmışdır.

fiqaro 2022-02-19 18:31:47

R.Mehdiyev kimi adamların dövlətin yüksək strukturlarında uzun müddət lövbər sakması sistemin düz qurulmadığıını sübut edir

esgerə cavab 2022-02-19 09:45:51

Düşünməyin ki, vaxtında susublar. Əsla! Siz nə bilirsiniz ki, vaxtında durmadan lazımi yerlərə nə qədər şikayətlər edilib. Lakin hansı səsəblərdənsə heç bir şikayət nə araşdırılıb, nə də cavablandırılmışdı. Artıq o səbəblər indi aydın oldu. Demə ki, Ramiz Mehdiyevin başçılığı ilə göndərilən şikayətlər araşdırılmayıb, əksinə gizlədilibmiş, Zaman o zaman deyildi! İndi isə Ramizin əməlləri ifşa olunduğu üçün sizin köhnə adlandırdığınız suallara cavab zamanı gəldi..

Adilə 2022-02-18 22:12:33

Arif Həşimov prezident olan kimi, AMEA çiçəklənəcək!

Sami 2022-02-18 18:05:49

Bu gün AMEA-da Hüquq və İnsan Haqları İnstitutu qədər adı neqativ hallanan 2-ci institut yoxdur. Demə, Ramiz Mehdiyevin rəhbərliyi ilə institut bü günə düşübmüş. Ümumiyyətlə, bu institutun adından İnsan Haqları sözünü silmək lazımdır. Əməkdaşların özləri hüquqları pozulmuş vəziyyətdə Aytən Mustafazadənin qorxusu və basqısı altında məhkum kimi işləyirlər.

Veteran 2022-02-18 15:32:58

Bəyəm naftalin iyi verən bu qoca ilə iş bitirki? 50 ildir bunun kimi yırtıcılar ölkəyə,millətə, xalqa ziyan vurmaqla məşğuldurlar.Az qalıb.Polad Aləmdar qapıdadır.

Xeqani 2022-02-18 11:37:59

Lənətlər çoxdur Azərbaycanda lakin bu gūn görūnənidir ki onunda öhdəsindən gələ bilmirlər

Türk Turan 2022-02-18 11:04:51

ramiz və şəbəkəsii, onlar kimi xainləri dərhal istefaya göndərilməli, həbs olunmalıi və malını, mülkünü müsadirə edilməlidir.

sabiq əməkdaş Esmira Orucova 2022-02-18 10:27:07

Hörmətli Cümşüd müəllim, mükəmməl yazınıza görə sizə ürəkdən təşəkkür edirəm! Fars dili müəlliməsi və heç bir hüquqi təhsili olmayan Aytən Mustafayevanın 1-ci həyat yoldaşı Vətənini, millətini canından artıq sevən Rövşən Mustafayevin başçılığı və sizlərin köməyi ilə qurduğu o zamankı İnsan Hüquqları İnstitutunda Azərbaycan həqiqətlərini dünyaya olduğu kimi çatdırmaq üçün ölçüyəsığmaz işlər görülmüşdünüz. 2006-cı ildən Rövşən müəllimin dəvəti ilə adı çəkilən institutla sıx əlaqəm olmuşdu. Təəssüf ki, 2009-cu ildə Rövşən müəllim rəhmətə gedəndən sonra institut kimlərinsə köməyi ilə Aytən Mustafayevanın (indi isə Mustafazadənin) əlinə keçdi. Sizlərin necə deyərlər dişiniz, dırnağınızla qurdunuz bütün dəyərlər məqsədyönlü şəkildə dağıdıldı. 2016-cı ildə AMEA-nın Fəlsəfə və Hüquq institutunun hüquq bölməsi institutla birləşəndən sonra adı dəyişilib, Hüquq və İnsan Haqları İnstitutu oldu. Hüquq bölməsindən instituta köçürülmüş savadlı və tanınmış hüquqşünaslar Mustafazadə tərəfindən ya heç bir səbəb göstərilmədən ya da şər-böhtanla institutdan kənarlaşdırıldı. Çox doğru yazmısınız, Aytən Mustafazadədən yarıtmaz əməlləri ilə bağlı şikayət edildikcə, o əl-qolunu bir o qədər çox açır. Hadisələrin gedişatında belə məlum oldu ki, onu dəstəkləyən Ramiz Mehdiyev olub. Aytən xanım instituta direktor təyin ediləndən sonra hüquq elmləri doktoru müavini işdən çıxardıb, yerinə tibb elmləri doktoru (?!) müavin gətirdi. 2014-cü ildə həmin müavin hansısa səbəblərdən institutdan gedəndən sonra filologiya elmləri doktoru (?!) xanım müavin gətirdi. Həmin xanım 2021-ci ilin noyabrında Ramiz Mehdiyevə köməkçi təyin ediləndən sonra isə icraçı direktor vəzifəsinə iqtisadiyyat üzrə fəlsəfə doktoru təyin edildi. İnstitutda indi alban tarixi, süni intellektlə bağlı tədqiqat işlərinə üsrtünlük verilir. İnstitutda saxtakarlıq, şər-böhtan, korrupsiya baş alıb gedir. Aytən xanımın özünün ağsaqqalı adlandırdığı Ramiz Mehdiyevin dəstəyi ilə 2021-ci ilin noyabr ayında sizin vurğuladığınız kimi dövlətini sevən, dövləti və milləti üçün iş görmək istəyən alimlərə guya öz xahişləri ilə ərizə yazdıraraq kütləvi şəkildə işdən qovdu. Artıq hər şey göz qabağındadır! Demə, zaman-zaman Ramiz Mehdiyevin rəhbərliyi ilə institut məhv edilirmiş!

esger 2022-02-18 09:32:23

Bunlar hamısı köhnə faktlardır Hər şeyi vaxtında deyərlər ...

Nadir 2022-02-18 09:00:02

inanin, mehdiyevin ozunden chox yuxarida sadalan dovlet orqanlarinda onun yerlewdirdiyi ishchiler qat qat daha tehlukelidir, uzde bir shey arxada bashqa shey daniwirlar...

Son yazılar