Müğənni Manaf Ağayev və Sənan Hüseynov 15 sutka həbs edilib. Bununla bağlı Yasamal Rayon Məhkəməsi qərar çıxarıb.
Qeyd edək ki, ötən gün sosial şəbəkələrdə müğənni M.Ağayevin işğaldan azad edilmiş ərazilərə səfər etməsini əks etdirən görüntülər yayılmışdı. Daha sonra Bakı şəhəri ərazisində M.Ağayev və onun yanındakı vətəndaş S.Hüseynov polis idarəsinə dəvət olunublar.
Aparılan araşdırmalar nəticəsində məlum olub ki, onlar işğaldan azad olunmuş ərazilərə qanunsuz yolla daxil olublar. Bununla bağlı onların izahatları alınıb. Həmin şəxslər saxlanılıb.


Şərhlər
Bizim mehkemelerin tam qerezli olduqu bir daha bu balaca bir isde yene bilindi.Mehkeme qerar verende hokmen insanin sexsiyyetini nezere almalidir.Manafi mudafie etmek fikrim yoxdur. Amma o hem taninmis, hemde etrafinda berke dusenlere komek eden adamdir ...Cerime ederdiz.ve elan ederdiz ki,Manaf bu qeder cerime olundu.....
İcazəsiz gedib cərimələyin, daha həbs etmək nə üçün...Manaf öz yurduna gedib, burada nə var ki....
Ermənilərə çörək verən Ramizi, millətin səhhətinə qənim kəsilən Cavançiri, Azərbaycan Ordusunun düşməni, qənimi Nəciməddini həbs edin. Manaf xalqın yanında olan adamdır. Azərbaycanın zəfərini həmişə dəyərləndirənlərdəndir
Bunlarla bir yerdə onları ora qeyri-qanuni buraxanların və ya buraxdıranların da şəklini göstərin. Bu M.Ağayev ora piyada getməli idi ən yaxşı halda avtobusla getməli idi. Ondan dəyərli oğullar o yolda qanını töküb o işə özünü reklam etdirir.
Qanunsuzluq edib, cerimeleyin. Her halda, hebs etmek ve shekillerini bele tirajlamaga ne ehtiyac var?
Palatka toylarının"xalq" artisti deyilən bu adam səviyyəsiz verilişlərdə avara-avara danışıqları ilə hamımızın zəhləsini tökmüşdü.15 sutka yox ,30 sutka versəydilər qulağımız bir az da dincələrdi.Cox göynən gedirdi. Pulun çoxluğundan özünü hamıdan ağıllı sayırdı.
Çox cılız z adamdır bu Manaf bu qeder qaçqını olan ölkede var dövletini nümayiş etdirir hemişe .Hele de başa düşmür ki, merdlik,igidlik cesaret pulla ölçülmür.Menim belelerine sadece yaziğim gelir, hereketleri de normal kişi hereketleri deyil.İndi biz rehmetlik Bülbüle de ,Reşide de müğenni deyek bunun kimilere de.Bu sadece toyçudur
Arayiki həbs edin öz vətəndaşımızdan zaval gəlməz! ....
...manısların vor zakonu