Bu gün Rusiya Silahlı Qüvvələrinin Ali Baş Komandanı Vladimir Putinin rəhbərliyi ilə ballistik və qanadlı raketlərin buraxılışının həyata keçiriləcəyi strateji mühafizə qüvvələrinin planlaşdırılmış təlimi keçiriləcək.
“Report” xəbər verir ki, təlimlərə Aerokosmik Qüvvələrin, Cənub Hərbi Dairəsininin aerokosmik qüvvələrinin, Şimal və Qara dəniz donanmasının raket bölmələrinin qoşunları və texnikasının cəlb olunacağı gözlənilir.
Bildirilib ki, təlimlərdə Şimal Donanmasının strateji raket daşıyan sualtı qayığı Rusiyanın Uzaq Şərqindən-Kamçatkadan Kür poliqonuna, ölkənin şimalındakı nüvə sualtı qayığından isə Çiza poliqonuna qitələrarası ballistik raketlər atılacaq.
Eyni zamanda Aerokosmik Qüvvələri uzaq mənzilli təyyarələrdən qanadlı raketlər buraxacaq.


Şərhlər
Bunlar hamısı boş şeylərdir.Nüvə silahı tətbiq edən nüvə zərbəsi alır.Rusiya hələ də kosmosda "ulduz müharibəsinə"nail ola bilməyib.Putinin oyunları Rusiyanın sonunu gətirəcək
Guya indi amerikaya bizde silah var demək istəyir, bu varvarlar yeni texnologiya, məhsul yaratmag yox, silah, agressiya, yaramazlıg nümayış etdirir, boş yerə ayı demirlər ki, bax deyerlər ki, senin garabağda nə itin azib, niye o xaraba sibirinə vizgirtmirsan ki? Vanduk est vanduk