Menu

İnam Kərimov Azərbaycan Ağır Atletika Federasiyasının prezidenti seçilib

19.02.2022, 11:54
İnam Kərimov Azərbaycan Ağır Atletika Federasiyasının prezidenti seçilib

Azərbaycan Ağır Atletika Federasiyasının (AAAF) hesabat-seçki konfransı keçirilib. "Report"un məlumatına görə, toplantı Gənclər və İdman Nazirliyinin inzibati binasında baş tutub.

Kənd təsərrüfatı naziri İnam Kərimov federasiyanın prezidenti seçilib.

Kərimov bu postda "Azərbaycan Hava Yolları" QSC-nin prezidenti Cahangir Əsgərovu əvəzləyib.

***

Azərbaycan Ağır Atletika Federasiyasının (AAAF) prezidenti vəzifəsinə namizəd məlum olub.

"Report"un məlumatına görə, bu, kənd təsərrüfatı naziri İnam Kərimovdur.

İ.Kərimovun bu gün Gənclər və İdman Nazirliyinin inzibati binasında keçiriləcək AAAF-ın hesabat-seçki konfransında yeni vəzifəyə seçiləcəyi gözlənilir.

O, bu postda "Azərbaycan Hava Yolları" QSC-nin prezidenti Cahangir Əsgərovu əvəzləyəcək.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol