Menu

Avropa İttifaqı Rusiyaya qarşı sanksiyaların hansı sahəyə təsir edəcəyini açıqlayıb

19.02.2022, 13:23
Avropa İttifaqı Rusiyaya qarşı sanksiyaların hansı sahəyə təsir edəcəyini açıqlayıb

Avropa İttifaqı Rusiyaya qarşı sanksiyaların hansı sahələrə təsir edəcəyini açıqlayıb.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Avropa Komisiyasının prezidenti Ursula fon der Leyen danışıb.

O bildirib ki, sanksiyalar Rusiyanın xüsusilə enerji sektoruna təsir edəcək. Diplomat, həmçinin Ukrayna ətrafındakı durumla bağlı Avropa İttifaqı ilə NATO-nun birgə fəaliyyət göstərəcəyini deyib.

Qeyd edək ki, müxtəlif Qərb təşkilatları Rusiyanın Ukraynaya hücuma başlayacağı təqdirdə rəsmi Moskvaya qarşı sanksiyaların tətbiq olunacağını bəyan edib.

Şərhlər

B.Qarabağlı 2022-02-19 15:10:44

Aİ, ATƏT, ABŞ, BB və Fransa belə sanksiyaları BMT TŞnın DQMV həllinə qarşı (veto) İrəvan və Kremlə qarşı ən geci 1995ci ildə qəbul etməliydilər? Onda hərbi terrorla doğma ata mülkündən qovulmuş azərbaycanlı ailələrinin sayı milyon deyildi! Hazırda onların sayı üç milyona yaxındır? Digər ölkələrə də oxşar təcavüzlərin qarşısı alınardı?

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol