Qafqaz Müsəlmanları İdarəsinin təmsilçiləri dinlə bağlı Dövlət Komitəsinin tədbirinə çağrılmayıb
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri Kamal Abdullanın iştirakı ilə ölkədəki mövcud dini duruma həsr olunmuş müşavirə keçirilib. Verilən məlumata görə, DQİDK sədri Mübariz Qurbanlı gündəlikdəki məsələlər barədə ətraflı məlumat verərək bildirib ki, Dövlət Komitəsi qarşıdan gələn Aşura mərasimləri ilə bağlı müəyyən tədbirlər hazırlayıb və artıq həmin tədbirlərin icrasına başlanılıb.
Dövlət müşaviri Kamal Abdulla isə bölgələrə səfərləri zamanı dindarlar və ziyalılarla görüşlərdə qaldırılmış məsələlər və verilmiş tapşırıqların icra vəziyyəti ilə maraqlanıb.
Müşavirədə ölkədəki mövcud dini durum, dövlət-din münasibətləri, dövlətin dinə qayğısı, Azərbaycanın zəngin tolerantlıq ənənələri, milli-mənəvi dəyərlərimizin qorunması və digər aktual məsələlərlə bağlı fikir mübadiləsi aparılıb. Qeyd olunub ki, Aşura günü təziyə mərasimlərində Kərbəla şəhidləri ilə yanaşı, Qarabağ müharibəsi zamanı şəhid olan soydaşlarımız və qazilərimiz də anılmalıdır.
Maraqlıdır ki, tədbirdə Qafqaz Müsəlmanları İdarəsinin (QMI) təmsilçiləri gözə dəyməyib. “Azadlıq” qəzetnim məlumatına görə, QMİ-dən tədbirə dəvət edilən olmayıb.

Dinlə bağlı tədbirə QMİ-dən heç kimin dəvət olunmaması maraq doğurmaya bilməz. Bunun son vaxtlar dövlət qurumları, xüsuslə də Prezident Administrasiyası ilə Allahşükür Paşazadənin təşkilatı arasındakı ziddiyyətlərlə bağlı olduğu ehtimal edilir.
Qeyd edək ki, bu ziddiyətlər özünü son vaxtlar daha açıq biruzə verir. Belə ki, bir müddət əvvəl dini məsələlər üzrə Dövlət müşaviri Kamal Abdullanın xeyir-duası ilə yas məclislərində ehsanın verilməsinin qarşısını almaq isiqamətində kampaniya başladı. Ancaq şeyxülislam Allahşükür Paşazadənin birbaşa müsaxiləsilə bunun qarşısı alındı. Bir çoxarı kampaniyanın şeyxin bu sahədəki biznesinə zərbə vurmaq məqsədilə başladıldığını, ancaq Paşazadənin daha güclü çıxdığını bildirirlər.

Bununla da kifayətlənməyib Administrasiyanın bələdiyyə seçkilərini indidən saxtalaşdırdığına işarə vurub, hətta Ramiz Mehdiyevin ölkədə kadr çatışmazlığı probləmilə bağlı fikirlərinə də, türklər demiş, "laf soxub": “Artıq bələdiyyələr indidən seçilib, kim olacaq, camaat bilir. Sonra da deyirlər kadr yoxdur. Kadr var, sadəcə imkan vermirlər”.
Düzdür, şeyxin qudasının bu "cürəti" cəmi bir gün çəkib, sonra az qala and içərək dediklərinin səhv başa düşüldüyünü iddia edib. Ancaq bu fakt bir daha Şeyxin çevrəsi ilə Prezident Administrasiyası arasında gərginliyin olduğunu ortaya qoydu.

Bunu bir-neşə gün öncə “Azərbaycan” qəzetində dərc olunan “Mentalitet manifesti” adlı məqalədən də görmək mümkündür. Məqalədə Mübariz Qurbanlı və Kamal Abdullayevin fəaliyyəti müsbət xarakterizə olunsa da, Allahşükür Paşazadənin qurumunun işinin yarıtmazlığına işarə vurulub: “Akademik Ramiz Mehdiyev 7 il öncə din xadimlərinə ictimai nüfuzlarını yüksəltməyi, cəmiyyətdə özlərinə etimad yaratmalarını, dini etiqadı cahillikdən uzaq, tam kamil səviyyədə həyata keçirməyi tövsiyyə edir, onları kənar təsirlərdən qorumağa çağırırdı. Dini maariflənmə məsələsinin aktuallığını xüsusi qabardır, bu sahəyə diqqət ayırmağı vacib sayırdı. Amma çoxsaylı təəssüflərin biri də məhz hələ də həllini tapmayan bu məsələlərə düşür...”
Göründüy kimi, ölkədə rasikal dini cərəyanların təsirinə düşənlərin sayının artmasının səbəbi kmi QMİ-nin öz işini doğru-düzgün yerinə yetirə bilməməsi göstərilib. Bu və digər fktlar Prezident Administrasiyası ilə Allahşükür Paşazadənin təşkilatı arasındakı ziddiyyətlərin getdikcə dərinləşdiyini, iplərin qopmaq üzrə olduğunu göstərir. Elə dinlə bağlı dövlət komitəsində keçirilən tədbirə Qafqaz Müsəlmanları İdarəsindən heç kimin dəvət olunması da bunun təsdiqi sayıla bilər.
Murad
Azpolitika.info

Şərhlər