Menu

Tərtərin icra başçısına birinci müavin təyin edilib

21.02.2022, 21:40
Tərtərin icra başçısına birinci müavin təyin edilib

Tərtər Rayon İcra Hakimiyyətinin başçısının birinci müavini vəzifəsinə təyinat olub. "Report"un məlumatına görə, bununla bağlı müvafiq əmr imzalanıb.

Əmrə əsasən, bu posta Tərtər Rayon İcra Hakimiyyəti başçısının müavini Elvin Umudov gətirilib.

Qeyd edək ki, E.Umudov 2013-cü ildən Tərtər RİH başçısının müavini vəzifəsində çalışırdı.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol