“Mən Rusiyanın beynəlxalq hüququn açıq-aşkar pozulmasından qazanc əldə etmək şansından məhrum olunması üçün sərəncam imzaladım”.
“Report” xəbər verir ki, bunu ABŞ Prezidenti Cozef Bayden özünün tviterdəki hesabında yazıb.
“Biz müttəfiqlər və tərəfdaşlarla, o cümlədən Ukrayna ilə növbəti addımlar barədə sıx məsləhətləşmələri davam etdiririk”, - Ağ Ev rəhbəri əlavə edib.
Qeyd edək ki, ABŞ Prezidenti Rusiyanın qondarma DXR və LXR-i tanıması ilə əlaqədar bu “respublika”lara qarşı sanksiyalar haqqında fərman imzalayıb. Fərman ABŞ-dan DXR və LXR malların, xidmətlərin və texnologiyaların ixracını, satışını, tədarükünü qadağan edir.


Şərhlər
Qoca Cooo Ukrayna xalqı ilə məzələnir!! Belə çıxır ki əvvəllər ticarət əlaqələri olub bundan sonra qadağandır!!! Exxxxx Djo Djo bəs verdiyin sözlər garda qaldı?? Ukraynanın bərəkətli torpaqlarının xarici vətəndaşlar tərəfindən alına bilməsi qanunu təsdiqlənmədi səndə donbası verdin ruslara!! Sənin xəyanətivi heç kim bağışlamayacaq və tezliklə avropada yanından qaçacaq!!!
Rusiyanın işğal etdiyi hansısa regionu "tanıması" həmin regionun bədbəxtliyindən başqa bir şey deyildir.