Menu

Azərbaycan və Rusiya bir-birinə qarşılıqlı hərbi yardım göstərə bilər

22.02.2022, 21:03
Azərbaycan və Rusiya bir-birinə qarşılıqlı hərbi yardım göstərə bilər

Azərbaycan və Rusiya bir-birinə qarşılıqlı hərbi yardım göstərə bilər.

APA xəbər verir ki, bu, “Rusiya Federasiyası və Azərbaycan Respublikası arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamə”də əksini tapıb.

Sənədə əsasən, təhlükəsizliyin təmin edilməsi, sülhün və sabitliyin qorunub-saxlanması məqsədilə Rusiya Federasiyası və Azərbaycan Respublikası bir-birinə BMT Nizamnaməsi, ayrı-ayrı beynəlxalq müqavilələr əsasında və Tərəflərdən hər birinin beynəlxalq-hüquqi öhdəliklərini nəzərə almaqla hərbi yardım göstərilməsi imkanını nəzərdən keçirə bilərlər.

Tərəflər Rusiya Federasiyasının və Azərbaycan Respublikasının silahlı qüvvələri arasında əməliyyat və döyüş hazırlığı üzrə birgə tədbirlərin keçirilməsi də daxil olmaqla qarşılıqlı əməkdaşlığı dərinləşdirəcək, eləcə də ikitərəfli hərbi əməkdaşlığın digər istiqamətlərini inkişaf etdirəcəklər.

Bildirilib ki, tərəflər silahlar və hərbi texnika üçün texniki xidmət, təmir, müasirləşdirmə üzrə xidmət mərkəzlərinin yaradılması, eləcə də hərbi təyinatlı məhsulların müxtəlif növlərinin birgə istehsalının təşkili üzrə səylərini fəallaşdırırlar.

Şərhlər

TT 2022-02-23 02:17:00

Bizi qiran rus ordusu olmayib yeqinki))) 20 yanvar ((((

Fizuli 2022-02-23 00:06:14

XANKƏNDİNDƏ ERMƏNİLƏRƏ ETDİYİ KÖMƏk kimi?Rus həmişə bizə düşmənçilik edib.İtlə dost ol.amma çomağı yanında saxla!

t.ədalət 2022-02-22 22:03:26

Rusiya yanımızda olduqca Qarabağda dinclik olmayacaq.

RR 2022-02-22 21:36:25

Rusdan bize xeyir var ?

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol