Menu

Ərdoğan Qvineya-Bisau səfərini ləğv etdi - Bu ölkənin prezidenti onunla görüşmək üçün Seneqala gəldi

22.02.2022, 22:12
Ərdoğan Qvineya-Bisau səfərini ləğv etdi - Bu ölkənin prezidenti onunla görüşmək üçün Seneqala gəldi

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan rəsmi səfərə gəldiyi Seneqalda Qvineya-Bisaunun prezidenti Umaro Sissoko ilə görüşüb.

Seneqal Konqo Demokratik Respublikasından sonra Türkiyə dövlət başçısının Afrika turnesinin ikinci dayanacağı olub.

Seneqaldan sonra Ərdoğanın Qvineya-Bisauya səfəri planlaşdırılsa da, sabah keçiriləcək NATO liderlərinin onlayn toplantısı səbəbindən səfər təxirə salınıb.

Müvafiq qərarın açıqlanmasından sonra Qvineya-Bisaunin prezidenti Umaro Sissoko Ərdoğanla görüşmək üçün Seneqala gəlib.

Dövlət başçıları arasındakı danışıqlar Seneqalın Prezident Sarayında baş tutub.

Mənbə: milliyyet.com.tr

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol